Oyun saytları
ERAsoft olaraq biz yalnız texniki cəhətdən güclü deyil, həm də istifadəçilərin gözləntilərinə uyğun qurulmuş, rahat naviqasiyaya və müasir dizayna sahib oyun saytları hazırlayırıq. Veb saytların hazırlanması xidmətinə daxil olan oyun saytları real istifadəçi təcrübəsinə əsaslanaq hazırlanır. Hazırladığımız platformalar həm fərdi oyunsevərlər, həm də oyun studiyaları üçün ideal seçimdir.
İstər brauzer üzərindən oynanan sadə oyunlar, istərsə də daha geniş imkanlara malik oyun kataloqu yaratmaq istəyində olun – biz hər layihəyə fərdi yanaşırıq. Məqsədimiz sizi rəqəmsal dünyada etibarlı, sürətli və cəlbedici bir oyun saytına sahib etməkdir.
Oyun Saytı Yaratmaq İstəyənlər Niyə ERAsoft-u Seçməlidir?
Oyun sahəsində öz platformasını yaratmaq istəyənlər üçün doğru texniki tərəfdaş seçimi çox vacibdir. ERAsoft olaraq sizə təkcə veb sayt deyil, həm də oyunsevərlərin həvəslə istifadə edəcəyi, intuitiv və funksional bir platforma təqdim edirik. İllərlə formalaşmış təcrübəmiz, texniki bacarığımız və müştəri yönümlü yanaşmamız bu sahədə fərq yaratmağımıza imkan verir.
Hazırladığımız oyun saytlari aşağıdakı üstünlükləri ilə fərqlənir:
- İstifadəçi dostu və intuitiv dizayn
- Mobil uyğun və responsive interfeys
- Yüksək sürətli yüklənmə və performans
- Güclü təhlükəsizlik sistemləri
- Admin panel vasitəsilə asan idarəetmə
- Axtarış motorlarına uyğun (SEO optimizasiya edilmiş) texniki struktur
Oyun Saytı Hazırlanma Prosesi
Yeni bir oyun platformasının hazırlanması bir neçə əsas mərhələdən ibarətdir. Hər addım istifadəçinin rahatlığı, saytın işləmə sürəti və axtarış motorlarında yaxşı nəticə əldə etmək üçün nəzərdə tutulur.
Planlama və Strategiya
İlk olaraq oyun saytlarının hazırlanmasından əvvəl layihənin məqsədi və hədəf auditoriyası müəyyən edilir. Oyun növləri, istifadəçi davranışları və saytın ümumi funksionallığı bu mərhələdə təyin olunur. Texniki həllərin seçimi və ümumi konsept burada formalaşır.
Dizayn və İstifadəçi Təcrübəsi (UX/UI xidmeti)
Dizayn mərhələsində sayta daxil olan istifadəçinin axtardığını asanlıqla tapa bilməsi və saytda uzun müddət qalması üçün vizual baxımdan balanslı, sadə və cəlbedici interfeys yaradılır.
Domen və Hostinq Seçimi
Markanıza uyğun, yadda qalan domen adı seçilir. Saytın fasiləsiz və sürətli çalışması üçün təhlükəsiz hostinq xidməti təqdim olunur.
Texniki İnfrastruktur və Platforma
Saytın backend hissəsi oyunların düzgün işləməsini, qeydiyyat, login və istifadəçi profil funksiyalarını problemsiz həyata keçirməyi təmin edir. Lazım gələrsə, oyunların yüklənməsi və ya onlayn oynanması üçün inteqrasiyalar əlavə olunur.
Təhlükəsizlik və Məlumatların Qorunması
İstifadəçi məlumatlarının qorunması üçün müasir təhlükəsizlik tədbirləri görülür. SSL şifrələmə, məlumat bazası qorunması və istifadəçi təhlükəsizliyi hər zaman ön plandadır.
SEO və Axtarış Motorlarına Hazırlıq
Saytın axtarış sistemlərində ön sıralarda görünməsi üçün texniki və məzmun əsaslı SEO xidmeti çərçivəsində həyata keçirilir. Meta etiketlər, SEO dostu URL-lər, saytda düzgün kontent strukturu qurulur və sürətli yüklənmə optimallaşdırılır.
Kontent və Əlavə Bölmələr
İstəyə görə sayta oyun xəbərləri, bələdçilər, blog yazıları və digər informativ bölmələr əlavə olunur. Bu bölmələr həm SEO baxımından faydalı, həm də istifadəçi marağı üçün vacibdir.
Test və Mobil Uyğunluq
Sayt istənilən cihazda test edilir. Telefon, planşet və kompüterlərdə problemsiz işləməsi üçün responsive dizayn tətbiq olunur.
Kimlər üçün uyğundur?
ERAsoft-un hazırladığı oyun saytlari aşağıdakı hədəf qrupları üçün idealdır:
- Öz oyun platformasını qurmaq istəyən fərdi şəxslər
- Oyun studiyaları və kiçik oyun tərtibatçıları
- Onlayn oyun icmaları və forum qurmaq istəyənlər
- Oyun məhsullarını tanıtmaq və satmaq istəyənlər
14 ildən artıq veb texnologiyaları üzrə təcrübəmizlə sizə yalnız bir sayt deyil, həm də interaktiv oyun platforması təqdim edirik. İstifadəçi məmnuniyyətinə, sürətə və təhlükəsizliyə önəm verərək, sizi rəqəmsal oyun dünyasında bir addım önə daşıyırıq.
Siz də öz oyun saytınızı qurmaq və bu sahədə fərqlənmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.